qanunedalet.com.az
http://qanunedalet.com.az

Bakıda və Abşeron yarımadasında dumanla əlaqədar görünüş məhdudlaşıb

15-02-2024, 20:02

Bakıda və Abşeron yarımadasında dumanla əlaqədar görünüş məhdudlaşıb

Bakıda və Abşeron yarımadasında dumanla əlaqədar görünüş 50-500 metrədək məhdudlaşıb.

Milli Hidrometeorologiya Xidmətinin Trend-ə verdiyi məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında duman müşahidə olunur. Görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb, nisbi rütubət 88-92 faiz intervalında olub.

Dumanlı hava eyni zamanda Quba, Lerik, Qusar, Yevlax rayonlarında da qeydə alınıb, görünüş məsafəsinin 500 metrədək məhdudlaşmasına səbəb olub.


Ölkə ərazisində son günlər müşahidə olunan dumanlı hava sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Dumanlı hava şəraitinə səbəb soyuq hava kütləsinin isti səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır.

Sürücülərdən dumanlı hava şəraitində daha diqqətli olmaları, yola çıxarkən ehtiyatlı davranmaları xahiş olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728