qanunedalet.com.az
http://qanunedalet.com.az

Tərtərdə minaya düşən şəxsin sol ayağı topuqdan aşağı amputasiya olunub - ANAMA

4-02-2024, 20:45

Tərtərdə minaya düşən şəxsin sol ayağı topuqdan aşağı amputasiya olunub - ANAMA

Tərtərdə minaya düşən şəxsin sol ayağı topuqdan aşağı amputasiya olunub.

Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, keçmiş təmas xətti ərazisində baş verən mina hadisəsi zamanı Tərtər rayonunun Qaradağlı kənd sakini 2001-ci il təvvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu zərər çəkib.


Minalardan təmizlənməmiş ərazidə mal-qara otaran zaman piyada əleyhinə mina partlayışından xəsarət alan şəxsin sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb.

“ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, mina xəbərdaredici nişanlara və təhlükə bildirən göstəricilərə diqqət etməyə, xüsusilə keçmiş təmas xətti boyu ərazilərin minalarla ciddi şəkildə çirkləndiyini nəzərə alaraq, bələd olmadıqları ərazilərə daxil olmamağa və tələb olunan qaydalara riayət etməyə çağırır”, - Agentliyin vətəndaşlara müraciətində deyilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728