Bu ölkəyə vizanı sərhəddə alacağıq

Azərbaycan vətəndaşları İraqa səyahət edərkən giriş vizalarını artıq bu ölkənin sərhəd-keçid məntəqələrində əldə edə biləcəklər.
Bu barədə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov X hesabında paylaşım edib.
O bildirib ki, bununla bağlı İraq daxili işlər naziri müvafiq əmr imzalayıb.
“Bununla əlaqədar başda İraq Respublikasının Baş naziri olmaqla, bu ölkənin Daxili İşlər və Xarici İşlər nazirliklərinə təşəkkürümüzü bildiririk”, - səfir yazıb.
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: