qanunedalet.com.az
http://qanunedalet.com.az

Hakan Fidan Blinkenlə F-16-ların Türkiyəyə satışını müzakirə edib

27-12-2023, 20:19

Hakan Fidan Blinkenlə F-16-ların Türkiyəyə satışını müzakirə edib

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.
Bu barədə XİN-dəki diplomatik mənbələr bildirib.Qeyd olunub ki, telefon danışığı ABŞ tərəfinin xahişi ilə baş tutub.
Tərəflər İsveçin NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsinin Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasından keçməsini müzakirə ediblər.
Xarici işlər naziri Fidan bildirib ki, Türkiyə F-16 satışı ilə bağlı ABŞ Administrasiyası və ABŞ Konqresinin müttəfiqlik ruhuna uyğun hərəkət etməsini və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyir.
“Danışıq zamanı Qəzzadakı son hadisələr də müzakirə edilib. Xarici işlər naziri Fidan xatırladıb ki, Qəzzada atəşkəs olmalı və daimi sülh danışıqları ən qısa zamanda başlamalıdır. Bundan əlavə, Kipr məsələsi də gündəmə olub”, - məlumatda deyilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930