qanunedalet.com.az
http://qanunedalet.com.az

Bu arayışı “ASAN xidmət” verəcək

17-09-2025, 19:19

bu-arayisi-asan-xidmet-verecek

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi zəruridir.
Bu məsələ “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əks olunub.

Bildirilib ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair, habelə narkotik asılılığı olan şəxslərin narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növü və vəzifələr üzrə işə qəbulunun qarşısının alınmasından ötrü işəgötürənin məsuliyyətinin artırılması məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlanması nəzərdə tutulur.

Həmçinin Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə narkotik istifadəçisi kimi qeydiyyatda olub-olmaması barədə arayışların verilməsi prosesinin sadələşdirilməsi məqsədilə bu xidmətin “ASAN xidmət” mərkəzləri tərəfindən həyata keçirilməsinin təmin edilməsi üçün normativ hüquqi aktlarda dəyişiklik edilməsi gözlənilir. Bundan başqa, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Dövlət Komissiyası haqqında Əsasnamənin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsi və reabilitasiyası sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930