qanunedalet.com.az
http://qanunedalet.com.az

MİQ-in test imtahanının nəticələri açıqlandı

Dünən, 20:53

miq-in-test-imtahaninin-neticeleri-aciqlandi

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri və apellyasiya müraciətləri barədə məlumatlar açıqlanıb.
Bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 3,4, 8-10 iyul tarixlərində təşkil olunan test imtahanlarının nəticələri və apellyasiya müraciətləri barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib. Test imtahanında ümumtəhsil proqramı üzrə minimum 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.

Qeyd edilib ki, namizədlərin apellyasiya müraciətlərinə əsasən, suallar ekspertlər tərəfindən yenidən yoxlanılıb. Texnologiya və təsviri incəsənət fənləri üzrə bəzi test tapşırıqlarında texniki və məzmun baxımından problemlər aşkar olunub. Belə ki, texnologiya fənni üzrə Azərbaycan və rus bölməsində bir sualın şərtində uyğunsuzluq qeydə alınıb. Bundan əlavə, texnologiya fənni üzrə rus bölməsində bir sualın cavabında iki düzgün cavab olduğu müəyyən edilib.

Təsviri incəsənət fənni üzrə isə hər iki bölmə üzrə 1 sualın cavab variantlarında uyğunsuzluq aşkar olunub.

Yuxarıda qeyd edilənlərə əsasən, sözügedən test tapşırıqlarının nəticələri yenidən hesablanıb. Sualların bütün namizədlərə düzgün olaraq hesablanması ilə sistemdə olan doğru variantı seçən şəxslərin nəticələri sabit qalıb. Test tapşırıqlarını səhv və ya cavablandırmayan şəxslərin imtahan nəticələri isə xeyrinə nəzərə alınmaqla yenidən hesablanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031