qanunedalet.com.az
http://qanunedalet.com.az

Qarabağ Universitetində yeni fakültə açılır

Dünən, 20:27

qarabag-universitetinde-yeni-fakulte-acilir

Yeni tədris ilindən Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq.
Fakültədə yerli və xarici ekspertlərin birgə hazırladığı, beynəlxalq təcrübələrə əsaslanan kompetensiyaya əsaslı 6 illik Tibb (müalicə işi) və 4 illik Tibb bacısı (qardaşı) proqramlarının tədrisi həyata keçiriləcək.

Tibb və sağlamlıq elmləri fakültəsində Tibb (müalicə işi) üzrə 70, Tibb bacısı (qardaşı) istiqaməti üzrə isə 30 plan yeri üzrə tələbə qəbulu aparılacaq.

Fakültəmizdə tətbiq edəcəyimiz müasir təhsil modeli tələbələrin nəzəri biliklərini praktik vərdişlərə çevirməyə imkan yaradacaq. Eyni zamanda, inteqrə olunmuş və fənlərarası təhsil modeli vasitəsilə multidissiplinar yanaşmanın inkişafına yönələcək. Bundan əlavə, tələbələrə tədqiqat aparmaq və liderlik keyfiyyətlərini inkişaf etdirmək üçün də müxtəlif imkanlar təqdim olunacaq.

Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinin əsas üstünlükləri:

- Beynəlxalq təcrübəyə malik professor-müəllim heyəti;

- Pasiyentmərkəzli yanaşma – yalnız müalicə etməyi deyil, insanı anlamağı öyrədən proqramlar;

- Multidissiplinar təhsil – tibb, ictimai sağlamlıq, qidalanma və digər sahələrin inteqrasiyası;

- Ən müasir tibbi texnologiyalar və innovativ tədris metodları;

- Qarabağ Universitetinin Klinikasında təcrübə;

- Müasir simulyasiya mərkəzi.

Fakültənin fərqli xüsusiyyətlərindən biri isə seçmə fənn olaraq incəsənət proqramının tədris planına daxil edilməsidir. İncəsənət tələbələrin özünüifadə, qrup daxilində əməkdaşlıq və ünsiyyət bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu yanaşma tələbələrə əsas fənlərdə əldə edə bilməyəcəkləri yaradıcı və sosial bacarıqları qazanmaq üçün əlavə imkanlar təqdim edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031