qanunedalet.com.az
http://qanunedalet.com.az

Kollektivə təqdim olundular

Bu gün, 19:45

kollektive-teqdim-olundular

Bu gün Azərbaycan Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinə yeni təyin edilən hakimlər Otari Qvaladze, Fərhad Tutayuk, Rauf Quliyev və Rəşid Rzayev kollektivə təqdim olunub. 
Təqdimat mərasimində çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev yeni hakimləri vəzifəyə təyin olunmaları münasibətilə təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb və bu təyinatın hüquq ictimaiyyəti üçün önəmini vurğulayıb. 

Təyin edilən hakimlər gələcək hakimlik fəaliyyətlərində hüququn aliliyinin təmin edilməsi naminə səylərini əsirgəməyəcəklərini, yüksək hakim adını qorumaqla, onlara göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını ifadə edərək, üzərilərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməyə çalışacaqlarını bildiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031