qanunedalet.com.az
http://qanunedalet.com.az

“Laçında üç ölkənin bayraqları dalğalanır”

28-05-2025, 21:24

lacinda-uc-olkenin-bayraqlari-dalgalanir


“Bu gün füsunkar məkanda, Laçında üç ölkənin bayraqları dalğalanır. Bu onu sübut edir ki, bayraqlarımız hər zaman bir yerdə yüksəklərdə dalğalanacaq və inşallah, gələcəyə, firavanlığa doğru inamla irəliləyəcəyik”​.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Laçında Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı söyləyib.

Azərbaycan və Türkiyə prezidentlərinə Cəmmu və Kəşmir məsələsinə verdikləri dəstəyə görə təşəkkürünü ifadə edən Baş nazir deyib:

“Təəssüf olsun ki, orada qan tökülüb. Onlar onilliklərdir ki, zülmə qarşı mübarizə aparırlar. Onlar heç zaman təslim olmayacaqlar. O vaxta qədər ki, BMT Nizamnaməsinə uyğun hüquqları təmin edilsin və Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr icra olunsun. Pakistan hər zaman kəşmirlilərin yanında olmuşdur, eyni zamanda, Türkiyə və Azərbaycan da eyni qətiyyəti nümayiş etdiriblər. İnşallah gün gələcək ki, Kəşmir xalqı öz hüquqlarını təmin edəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930