qanunedalet.com.az
http://qanunedalet.com.az

“Şəki” restoranına görə bu qədər kompensasiya ödənilib

20-05-2025, 19:28

seki-restoranina-gore-bu-qeder-kompensasiya-odenilib

Bakının Nərimanov rayonunda yerləşən məşhur “Şəki” restoranının sökülməsi səbəbindən sahibinə külli miqdarda kompensasiya verilib.

“Qafqazinfo” Globalinfo.az-a istinadən xəbər verir ki, ərazidə yol infrastrukturunun yenidən qurulması səbəbindən sözügedən restoran sökülüb, sahibinə isə kompensasiya olaraq 14 milyon manat verilib.

Sənədləşmə prosesində bu məbləğin bir neçə dəfə az göstərildiyi vurğulanıb.

“Şəki” restoranının sahibinin hazırda Mərdəkan qəsəbəsində eyniadlı obyekt tikdirdiyi deyilir.

Qeyd edək ki, restoranın sökülməsinə səbəb Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki dairənin ləğv edilərək yerində avtomobil tunelinin inşası ilə əlaqədar işlərin görülməsidir.

“Şəki” restoranının sahibi mərhum deputat Fərhad Qəribov olub. Hazırda onun biznesinə oğlu Zöhrab Qəribovun nəzarət etdiyi bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930