qanunedalet.com.az
http://qanunedalet.com.az

“Heç bir halda sertifikasiya həkimin diplomundan üstün ola bilməz”

Dünən, 18:51

hec-bir-halda-sertifikasiya-hekimin-diplomundan-ustun-ola-bilmez

“Heç bir halda sertifikasiya həkimin 6-12 il oxuduğu və nəticədə aldığı diplomdan üstün ola bilməz. Sertifikasiyaya belə bir üstünlük tanınmamalıdır”.

Bunu deputat Vasif Qafarov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun müzakirəsi zamanı bildirib.

Millət vəkilinin sözlərinə görə, sertifikasiya imtahanı bir insana diplomun verdiyi hüququ onun əlindən almamalıdır: “Ümumiyyətlə, bu hüquqa malik olmamalıdır. Serifikasiya imtahanının nəticəsinə görə sadəcə həkimlərə və orta tibb işçilərinə differensial yanaşma tətbiq edilməlidir. Bu da həkimləri və orta tibb işçilərini öz üzərində işləməyə və özünü inkişaf etdirməyə stimullaşdırar.

Digər bir məsələ, həkim 2 həftə və ya 1 ay müddətinə təkmilləşmə kursuna cəlb edilir, amma sertifikasiya imtahanında həkimdən onun burada öyrəndikləri deyil, Tibb Universitetinin bütün 6 illik proqramı soruşulur.

Hesab edirəm ki, təkmilləşmə kursunda tibbin son yenilikləri həkimlərə tədris edilməli, öyrədilməli və sertifikasiya imtahanı da həkimlərə tədris edilən bu proqram əsasında olmalıdır.

Eyni zamanda, təklif edirəm ki, təkrar sertifikasiyadan keçmək üçün müddət 6 ay yox, 1 il müəyyən olunsun və bu müddət ərzində həkimə və orta tibb işçisinə bir neçə dəfə sertifikasiya imtahanına girmək hüququ verilsin”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031