qanunedalet.com.az
http://qanunedalet.com.az

Bu telekanalın adı dəyişdi

8-05-2025, 21:12

bu-telekanalin-adi-deyisdi

Bu gün Audiovizual Şuranın iclası keçirilib.
İclasda gündəlikdə olan iki məsələyə baxılıb. 

“İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin müraciəti əsasında və Dövlət Radiotezliklər İdarəsindən alınmış məlumatlara uyğun olaraq Şuşa rayonu ərazisində yerləşən “Turşsu radio-televiziya yayım stansiyasından “İctimai Radio”nun proqramlarının yayımı üçün 91,3 MHs radiotezliyinin “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin istifadəsinə ayrılması haqqında müvafiq qərar qəbul olunub.

İclasda daha sonra “Səhiyyə TV” televiziya kanalının adının dəyişdirilməsi ilə bağlı “Səhiyyə TV” MMC-nin Audiovizual Şuraya müraciətinə baxılıb. Müzakirədən sonra kanalın adının “Saf TV”yə dəyişdirilməsi haqqında qərar qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031