qanunedalet.com.az
http://qanunedalet.com.az

İlham Əliyev bu qanunlara dəyişiklik etdi

Dünən, 20:11

ilham-eliyev-bu-qanunlara-deyisiklik-etdi

Yanacaqdoldurma obyektlərinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növünə aid ediləcək.
Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlara edilən dəyişikliklərdə əksini tapıb.

Bu fəaliyyət növünə lisenziya verilərkən sənədin verildiyi tarixdən 30 gün müddətində lisenziya sahibi ilə onu verən orqan arasında müqavilənin bağlanması tələbi, əks halda lisenziyanın hüquqi nəticələr yaratmaması müəyyən olunub.

Müvafiq olaraq yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına görə dövlət rüsumu müəyyənləşir. Layihəyə əsasən, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılmasına lisenziya verilməsi üçün 1100 manat dövlət rüsumu, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına lisenziya verilməsi üçün isə 2500 manat dövlət rüsumu müəyyən edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031