qanunedalet.com.az
http://qanunedalet.com.az

“Qırmızı Körpü” və “Samur”un ərazisi genişləndiriləcək

Dünən, 18:54

qirmizi-korpu-ve-samurun-erazisi-genislendirilecek

Nazirlər Kabineti “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi haqqında” qərar verib.
Qərara əsasən, “Qırmızı Körpü” və “Samur” dövlət sərhədindən buraxılış məntəqələrinin genişləndirilməsi, sərhədkeçmə proseslərinin optimallaşdırılması və sürətli keçidin təmin edilməsi, o cümlədən milli və iqtisadi təhlükəsizlik nəzərə alınmaqla sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkili məqsədilə Qazax rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 0,49 hektar və Qazax rayonu Şıxlı Bələdiyyəsinin mülkiyyətində 5,53 hektar, Qusar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 8,27 hektar və Qusar rayonu Samur Bələdiyyəsinin mülkiyyətində 2,752 hektar olmaqla, ümumilikdə dövlət mülkiyyətində olan 8,76 hektar torpaq sahəsi üzərində istifadə hüququnu və bələdiyyə mülkiyyətində olan 8,282 hektar torpaq sahəsini dövlət ehtiyacları üçün alan orqan Dövlət Gömrük Komitəsi müəyyən edilib.

Dövlət Gömrük Komitəsi nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahələri üzərində istifadə hüququnun və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930