qanunedalet.com.az
http://qanunedalet.com.az

Bu Fondun idarəetmə orqanları məlum oldu

23-12-2024, 18:09

bu-fondun-idareetme-orqanlari-melum-oldu


Azərbaycan Biznesinin İnkişafı Fondunun idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir.
Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Fondun Nizamnaməsində öz əksini tapıb.

Sənədə əsasən, Müşahidə Şurası Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. Şura sədr də daxil olmaqla, 5 üzvdən ibarət tərkibdə təşkil ediləcək. Şuranın 2 üzvünü İqtisadiyyat nazirliyi, 3 üzvünü isə aşağıdakı dövlət qurumları təyin edəcəklər:

- Azərbaycan Mərkəzi Bankı;

- Maliyyə Nazirliyi;

- Dövlət Neft Fondu.

Şuranın sədrini iqtisadiyyat naziri vəzifəyə təyin və vəzifədən azad edəcək. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərəcək.

İdarə Heyəti isə Fondun fəaliyyətinə cari rəhbərliyi həyata keçirəcək, 5 üzvdən – iqtisadiyyat nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və sədrin dörd müavinindən ibarət olacaq. Sədr müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə sədr müavinlərindən biri icra edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728