qanunedalet.com.az
http://qanunedalet.com.az

Azad olunmuş ərazilərə getmək istəyənlərin nəzərinə!

25-09-2024, 20:36

azad-olunmus-erazilere-getmek-isteyenlerin-nezerine


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə oktyabr ayı üçün biletlər 27 sentyabr 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

Bu barədə AYNA-dan bildirilib.

Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.

Gediş və qayıdış biletləri əvvəlcədən eyni vaxtda sifariş olunmalıdır.

Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 798 reys həyata keçirilib, 32363 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728