qanunedalet.com.az
http://qanunedalet.com.az

Əlincədağ təbiət abidəsi təşkil ediləcək

10-09-2024, 18:01


elincedag-tebiet-abidesi-teskil-edilecek

Əlincədağ təbiət abidəsi təşkil ediləcək.
Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində, Əlincəçayın sağ sahilində və Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağın şərq yamacında yerləşən, hündürlüyü 1821,4 metr olan Əlincə dağına respublika əhəmiyyətli təbiət abidəsi statusu verilsin və həmin dağ Əlincədağ təbiət abidəsi adlandırılacaq.

Əlincədağ təbiət abidəsinin yerləşdiyi ərazinin təşkili və mühafizəsi üçün Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Culfa Rayon İcra Hakimiyyəti bu obyektin yerləşdiyi ərazinin torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə birlikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görsünlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930