qanunedalet.com.az
http://qanunedalet.com.az

Aqrar Xidmətlər Agentliyində yeni təyinat

15-08-2024, 18:54

aqrar-xidmetler-agentliyinde-yeni-teyinat


Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində yeni təyinat olub. 
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinin Layihə Meneceri Elməddin Namazov AXA sədrinin müavini təyin edilib. O bu vəzifədə keçmiş sədr müavini Eldar Həsənovu əvəzləyib. 

Qeyd edək ki, E. Namazov aqrar sahədə 15 ilə yaxın iş təcrübəsinə malikdir. Azərbaycan Dövlət Aqrar Universitetində karyerasına professor köməkçisi, müəllim kimi başlayan Elməddin Namazov, Dünya Bankı, FAO, GİZ kimi beynəlxalq təşkilatların layihələrində kənd təsərrüfatı mütəxəssisi kimi fəaliyyətini davam etdirib. 4 il Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətində (GİZ) Kənd Təsərrüfatı Layihə rəhbəri, 3 il Avropa İttifaqının Azərbaycan ofisində Layihə meneceri və kənd təsərrüfatı üzrə ekspert vəzifələrində çalışıb. 

İngilis və rus dillərini bilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930