qanunedalet.com.az
http://qanunedalet.com.az

KTMT Baş katibi Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edib

22-04-2024, 21:36

KTMT Baş katibi Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edib

Qarabağda təhlükəsizliyi təmin etmək üçün Bakının öz qüvvələri var.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu TASS-a müsahibəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov deyib.

Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına toxunan KTMT baş katibi Qarabağın Azərbaycan ərazisi olduğunu və Azərbaycanın öz ərazisində təhlükəsizliyi təmin etmək üçün qüvvələrinin olduğunu söyləyib.

“Hesab edirəm ki, regionda sabitlik böyük ölçüdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması perspektivindən asılıdır”, - deyə Tasmaqambetov Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərkən qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728