qanunedalet.com.az
http://qanunedalet.com.az

Nizami Rayonunda Parkinqə Görə 30-A Yaxın Ağac Kəsilib – Video

18-04-2024, 09:30

Nizami rayonunun Rüstəm Rüstəmov küçəsindəki yaşıllıq zolağında 30-a yaxın zeytun ağacının kəsildiyi deyilir…

Qanunedalet.com.az Poliqon-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb.

Bildirilir ki, hadisə bir neçə gün öncə, tikilməkdə olan “Premium Park” yaşayış kompleksinin qarşısında baş verib.    

“Çoxillik ağacları perspektivdə kompleksin qarşısında parkinq yaratmaq üçün kəsiblər. Sıx yerləşən ağaclar bu işə mane olurdu, indi isə yaşıllıq seyrəlib və ağacların arasında maşın saxlamaq üçün şərait yaranıb. Kəsilən ağacların əvəzinə sanki kompensasiya olaraq kiçik yolkalar əkiblər. Amma zaman keçdikcə onları da qurudub yox edəcəklər”, – deyə ərazi ilə bağlı iddia irəli sürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728