qanunedalet.com.az
http://qanunedalet.com.az

BMT-nin tədbirində Qərbi azərbaycanlıların geri qayıtmaq hüququndan danışılıb

11-03-2024, 19:47

BMT-nin tədbirində Qərbi azərbaycanlıların geri qayıtmaq hüququndan danışılıb

Qərbi Azərbaycan İcmasının üzvü, vətəndaş cəmiyyəti fəalı Pərvanə Vəliyeva 11 mart tarixində BMT-nin Cenevrə şəhərindəki bölməsində miqrasiya ilə bağlı keçirilən yüksək səviyyəli görüşdə (“Təhlükəsiz, nizamlı və müntəzəm miqrasiya üzrə Qlobal Sazişin ikinci regional icmalı”) Qərbi azərbaycanlıların geri qayıtmaq hüququ ilə bağlı çıxış edib.

Qərbi Azərbaycan İcmasından  bildiriblər ki, çıxışında qayıdış hüququnun beynəlxalq insan hüquqlarının ayrılmaz hissəsi olduğunu bildirən P. Vəliyeva hazırkı qlobal qaçqın böhranı müstəvisində bu hüququn ən optimal həll kimi daha da aktuallaşdığını vurğulayıb. İcmanın nümayəndəsi BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Gündəliyi çərçivəsində qayıdış hüququna diqqət yetirilməli olduğunu qeyd edib.

P. Vəliyeva Ermənistanın azərbaycanlılalara qarşı törətdiyi etnik təmizləmə, o cümlədən öz şəxsi nümunəsində ata-baba yurdu Vedibasardan 1988-ci ildə yüz minlərlə azərbaycanlı kimi zorla qovulması barədə məlumat verib və qaçqınlıq həyatının çətinliklərindən danışıb.

O, Qərbi Azərbaycan İcmasının qayıdış mövzusunda Ermənistanla dialoqa başlamağı təklif etdiyini, lakin hələ də Ermənistan hökumətinin bu çağırışı cavabsız qoyduğunu bildirib.

P. Vəliyeva Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmasının qlobal köçkünlük probleminin həllinə və regionda davamlı sülhün bərqərar olmasına böyük töhfə verəcəyinə qeyd edib, beynəlxalq ictimaiyyətin bu prosesə dəstək verməsinə böyük ehtiyac duyulduğunu vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728