qanunedalet.com.az
http://qanunedalet.com.az

Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin kollektivinə təqdim olundu

23-02-2024, 20:31

Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin kollektivinə təqdim olundu

Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinin yeni təyin edilmiş hakimi Fikrət Məmmədov kollektivə təqdim olunub.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, tədbirdə Məhkəmənin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təqdimatına əsasən Milli Məclis tərəfindən Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunması münasibətilə Fikrət Məmmədovu təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.


Fərhad Abdullayev ölkəmizdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanmış hüquqi dövlət quruculuğundan, Prezident İlham Əliyevin məhkəmə-hüquq sahəsində həyata keçirilən mütərəqqi islahatlardan, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsindən, Konstitusiyanın aliliyinin təmin olunması və qorunması sahəsində atılan mühüm addımlardan bəhs edib.

Hakim Fikrət Məmmədov göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü ifadə edərək, hakimlik fəaliyyətində də səylərini əsirgəməyəcəyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930