qanunedalet.com.az
http://qanunedalet.com.az

Ötən il Azərbaycanda bloklanan saxta domenlərin sayı açıqlanıb

2-02-2024, 20:08

Ötən il Azərbaycanda bloklanan saxta domenlərin sayı açıqlanıb

2023-cü ildə Azərbaycanda 186 saxta domen aşkarlanıb və fəaliyyəti dayandırılıb.Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov Bakıda keçirilən Dövlət qurumlarının İT rəhbərlərinin III Zirvə Toplantısında deyib.

"Ötən il "gov.az" zonasından 134 saxta domen yayılıb və təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən neytrallaşdırılıb", - o deyib.

Onun sözlərinə görə, ötən il XRİTDX dövlət strukturlarının elektron sistemlərinə kiberhücumlardan xəbər verir 1191 komprometasiya göstəricisi aşkarlayıb.

"Bunlardan 517 kiberhücumun xidmətin qeydə aldığı məlumatlar əsasında, 674-nün isə dövlət strukturları tərəfindəön daxil olan məlumatlar əsasında qarşısı alınıb", - deyə o əlavə edib.


Qeyd edək ki, fevralın 2-də Bakıda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən Dövlət Qurumlarının İT rəhbərlərinin III Zirvə Toplantısı keçirilib. Tədbirdə 73 dövlət qurumundan 100-dən artıq nümayəndə iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728