Füzuli şəhərinə ilk köç başlayıb.
“Report” xəbər verir ki, ilk olaraq 23 ailənin (90 nəfər) qayıdışı təşkil olunub.
Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobupark-3”dən 23 ailə yola salınıb.
Qeyd edək ki, avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib. Püşkatmada 144 ailə ( 509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Zakir Fərəcovu məhkəməlik edən bacısı oğlu bankdan külli miqdarda kredit götürübmüş – Görün, nəyə xərclənib
Birinci Qarabağ Müharibəsinin qazisi, igid-qəhrəman şəhidimiz Tağıyev Teymur Gülhüseyn oğlunun anası Səyyarə xanımın qonağı olduq
Zakir Fərəcov borc bataqlığında: Gündüz Əliyevin imzası olan sənədlərdə 50 milyondan söhbət gedir — YENİLƏNİB
Qərbi Azərbaycan İcması BMT-nin Ali Kommissarına müraciət ünvanladı
Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi ekoloji siyasət bu gün öz bəhrəsini verir