qanunedalet.com.az
http://qanunedalet.com.az

XİN: “Ermənistanın BMT TŞ-nin iclası ilə eyni gündə hərbi təxribat cəhdi manipulyasiya siyasətinin davamıdır”

16-08-2023, 15:45

 

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumatda qeyd olunduğu kimi, 16 avqust tarixində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycan ərazisinə sızmağa cəhd göstərsə də, Ermənistanın bu növbəti təxribatının qarşısı alınıb və diversiya qrupunun bir üzvü saxlanılıb”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd edilib.

“Ermənistanın bölgədə vəziyyətə dair BMT Təhlükəsizlik Şurasının iclası ilə eyni gündə hərbi təxribatları davam etdirməsini manipulyasiya siyasətinin davamı kimi qiymətləndirir və qətiyyətlə pisləyirik.

Ermənistanı bölgədə vəziyyəti gərginləşdirən təxribatçı addımlardan və bəyanatlardan, Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə, beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdlərini davam etdirmək əvəzinə, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq.

Bölgədə vəziyyətin gərginləşməsi məsuliyyəti bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir”, - deyə bəyanatda vurğulanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728