qanunedalet.com.az
http://qanunedalet.com.az

Ermənistan ordusunda ölüm hallarının sayı artıb

18-01-2024, 21:35

Ermənistan ordusunda ölüm hallarının sayı artıb

Ermənistan ordusunda qeyri-döyüş itkilərinin, o cümlədən, "intihar"ların sayı artıb.
Bu barədə Ermənistan Ombudsman Aparatının hərbi qulluqçuların hüquqlarının müdafiəsi şöbəsinin müdiri Andranik Yeqoyan deyib.

"Bu, silahlı qüvvələrdə çox ciddi problemlərin olduğundan xəbər verir. 2019-cu ildə 49, 2020-ci ildə 54, 2021-ci ildə 58, 2022-ci ildə 64, 2023-cü ildə isə daha çox ölüm faktı qeydə alınıb", - o deyib.

Xatırladaq ki, bir qədər əvvəl Ermənistanda hərbi hissələrdən birindəki postda zabit Karen Araikoviç Karapetyanın cəsədi aşkarlanıb.
Bir neçə saat sonra isə digər bir postda baş leytenant Mikael Danielyanın cəsədi aşkarlanıb. Hər iki hərbçi odlu silahdan açılan atəşlə qətlə yetirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930