qanunedalet.com.az
http://qanunedalet.com.az

İran “uşaq gəlin”i edam edib

21-12-2023, 15:35

İran “uşaq gəlin”i edam edib

İranda uşaq ikən məcburən ərə verildiyi kişini qətlə yetirən Samirə Sabzian edam edilib.
Insan haqları müdafiəçiləri xəbər verir ki, “uşaq gəlin” kimi tanınan S. Sabzianın dekabrın 19-da Tehran yaxınlığındakı Kərəc şəhərində “Qızıl hisar” həbsxanasında asıldığı bildirilir.
Qeyd edək ki, sözügedən qadın 10 il idir həbsdə idi. Onun 15 yaşında ərə verildiyi, həyat yoldaşı tərəfindən məişət zorakılığına məruz qaldığı və nəticədə onu qətlə yetirdiyi bildirilir.
Onun barəsində edam qərarı verildikdən sonra benəlxalq təşkilatlar və insan haqları müdafiəçiləri onun əfvi ilə bağlı kampaniya aparırdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30