Parlamentdə huşunu itirən deputat vəfat etdi

Türkiyə parlamentində çıxışı zamanı huşunu itirən deputat vəfat edib.
Türkiyə mətbuatı xəbər verir ki, səhiyyə naziri Fəxrəddin Qoca Kocaelinin deputatı Hasan Bitmezin vəfat etdiyini açıqlayıb.
Qeyd edək ki, Hasan Bitmez dekabrın 12-də parlamentdə çıxışı zamanı huşunu itirərək yıxılıb. O, daha sonra xəstəxanaya yerləşdirilmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: