qanunedalet.com.az
http://qanunedalet.com.az

Donald Tusk yenidən Polşanın Baş naziri seçilib

12-12-2023, 11:14

Donald Tusk yenidən Polşanın Baş naziri seçilib

Polşa Seymi (parlamentin aşağı palatası) Donald Tusku ölkənin Baş naziri seçib. 

Xarici media xəbər verir ki, 248 deputat Tuskun namizədliyinin lehinə, 201 deputat isə əleyhinə səs verib. 

Bildirilir ki, deputatlar dekabrın 11-i 2017-ci ildən ölkənin Baş naziri Mateuş Moravetskinin müvəqqəti hökumətinin işinin müddətini uzatmaqdan imtina ediblər. 

Qeyd edək ki, 66 yaşlı Donald Tusk “Vətəndaş koalisiyası” müxalif alyansının rəhbəridir. O, 2007-2014-cü illərdə Polşanın Baş naziri olub, 2014-2019-cu illərdə isə Avropa İttifaqı Şurasının sədri olaraq fəaliyyət göstərib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930