qanunedalet.com.az
http://qanunedalet.com.az

90 nəfəri işlə təmin edəcəkləri vədi ilə aldadaraq böyrəklərini satdılar

5-12-2023, 14:17

90 nəfəri işlə təmin edəcəkləri vədi ilə aldadaraq böyrəklərini satdılar

Pakistanın Pəncab əyalətinin Lahor şəhərində polis 90 nəfərin böyrəyini satan dəstənin 3 üzvünü yaxalayıb. 
Lahor polis rəisinin müavini Səddar Sidra Xan mətbuata verdiyi açıqlamada kəndlərdə yaşayan yoxsulları iş verəcəyi vədi ilə aldadaraq böyrəklərini satan şəxslərin tutulduğunu açıqlayıb.  
Xan dəstə üzvlərinin əvvəlcə işləmək vədi ilə kəndliləri İslamabada gətirdiyini ifadə edərək, “Burada kəndlilər məcburi tibbi müayinədən keçirilir və xaricdə işləmək üçün xüsusi fermada böyrəkləri çıxarılır” deyib. 
Dəstənin böyrəyini 2,5-5 milyon rupi (təxmini 15-30 min AZN) civarında zəngin insanlara satdığını bildirən Xan, qurbanların iqtisadi cəhətdən imkansız qruplar olduğuna diqqət çəkib. Polis indiyə qədər 90 nəfərin böyrəyinin satıldığını müəyyən etdiklərini və əməliyyatı edən həkimlərin də çağırıldığını bildirib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930