qanunedalet.com.az
http://qanunedalet.com.az

Tayvan hakimiyyəti Baydenə təşəkkür etdi

16-11-2023, 14:59

Tayvan hakimiyyəti Baydenə təşəkkür etdi


Tayvan hakimiyyəti ABŞ prezidenti Co Baydenə Çin prezidenti Si Cinpinlə danışıqlar zamanı Tayvan boğazında sülhün qorunmasının zəruriliyi ilə bağlı verdiyi açıqlamaya görə təşəkkür edib.
Bu barədə adanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Xarici İşlər Departamenti prezident Baydenin Çin lideri ilə görüşündən ABŞ-nin Tayvan boğazında sülh və sabitliyin qorunmasının zəruriliyi ilə bağlı qəti mövqeyini bir daha açıq şəkildə təqdir edir və alqışlayır", - deyə departamentin bəyanatında deyilir. 
Sənəddə qeyd edildiyi kimi, Vaşinqton bu mövqeyini iri beynəlxalq tədbirlər zamanı, o cümlədən ABŞ, Cənubi Koreya və Yaponiyanın üçtərəfli sammiti zamanı, həmçinin G7 liderlərinin görüşü zamanı dəfələrlə bəyan edib.
Bayden və Si Cinpin çərşənbə günü San-Fransiskoda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində görüşüblər. ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinin daha sonra brifinqdə dediyi kimi, ABŞ prezidenti danışıqlar zamanı “Birləşmiş Ştatların Tayvan boğazında davamlı olaraq sülh və sabitliyin qorunmasını müdafiə etdiyini” və status-kvonu dəstəklədiyini açıqlayıb. Bayden, həmçinin Çinə Tayvanda yanvarda keçiriləcək seçkilərə müdaxilə etməmək barədə xəbərdarlıq edib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728