qanunedalet.com.az
http://qanunedalet.com.az

Putin prezident seçkiləri haqqında qanuna dəyişiklikləri təsdiqləyib

14-11-2023, 13:17

Putin prezident seçkiləri haqqında qanuna dəyişiklikləri təsdiqləyib

Rusiya Prezidenti Vladimir Putin prezident seçkiləri haqqında qanuna dəyişiklikləri təsdiqləyib.

APA-nın Moskva müxbiri xəbər verir ki, qanuna dəyişikliklər sırasında seçki komissiyalarının iclaslarına yalnız əmək müqaviləsi olan KİV nümayəndələrinin buraxılması, hərbi hissələrdə yerləşən ərazilərdə çəkilişlərə məhdudiyyətlərin qoyulması yer alıb.

Bundan əlavə, yeni qanunda hərb vəziyyətində olan subyektlərdə səsvermənin Mərkəzi Seçki Komissiyasının Müdafiə Nazirliyi, Federal Təhlükəsizlik Xidməti və bu regionların rəhbərləri ilə məsləhətləşmələrinin nəticələrinə əsasən mümkün olduğu qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930