qanunedalet.com.az
http://qanunedalet.com.az

"Türkiyəyə heç bir güc əngəl ola bilməyəcək" - Ərdoğan

10-11-2023, 11:51

"Türkiyəyə heç bir güc əngəl ola bilməyəcək" - Ərdoğan

Türkiyə əsrinin inşasına və xalqımızın əsrlik hədəflərinə çatmasına heç bir güc əngəl ola bilməyəcək.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mustafa Kamal Atatürkün vəfatının 85 illiyi ilə əlaqədar Anıtqəbiri ziyarət edərkən deyib.
“Əziz Atatürk, vəfatınızın 85-ci ildönümündə bir daha sizi və silahdaşlarınızı, vətənimiz üçün şəhid düşən oğullarımızı və eyni ideologiya üçün qanlarını axıdan qazilərimizi rəhmətlə yad edirik. İlk əsrini böyük bir qürurla geridə qoyduğumuz və ikinci əsrinə qədəmlədiyimiz cümhuriyyətimizi qalib və müzəffər etmək üçün 21 ildir olduğu kimi, bu gün də əzmlə çalışırıq.
Məzlumların ümidi, kimsəsizlərin kimsəsi və vətəndaşlarının qüruru olan Türkiyə Respublikasını hər sahədə inkişaf etdirmək üçün əlimizdən gələni edirik. Türkiyə əsrinin inşasına və xalqımızın əsrlik hədəflərinə çatmasına heç bir güc əngəl ola bilməyəcək. Ruhun şad olsun!”, - deyə o, qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031