qanunedalet.com.az
http://qanunedalet.com.az

Radio aparıcısını canlı yayım zamanı öldürdülər

6-11-2023, 13:32

Radio aparıcısını canlı yayım zamanı öldürdülər

Filippində radio şousunun aparıcısı Xuan Cumalon evində canlı yayımda olarkən silahlı hücum nəticəsində həyatını itirib.

Xarici KİV xəbər verir ki, hadisə aparıcının Calamba bölgəsindəki evində baş verib.   

Bildirilir ki, qatil aparıcını öldürdükdən sonra onun qızıl boyunbağını götürərək qaçıb. 

Filippin prezidenti Ferdinand Markos jurnalistin ölümü ilə bağlı yazılı açıqlama yayıb: "Demokratiyamızda jurnalistlərə qarşı hücumlara yol verilməyəcək. Mmətbuat azadlığını təhdid edənlər əməllərinin bütün nəticələri ilə üzləşəcəklər".
 
Filippinin Milli Jurnalistlər Birliyi Cumalon ilə birlikdə 1986-cı ildən bu yana ölkədə 199 jurnalistin öldürüldüyünü açıqlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930