qanunedalet.com.az
http://qanunedalet.com.az

Makron Qazaxıstana niyə gedir? - SƏBƏB

31-10-2023, 13:25

Makron Qazaxıstana niyə gedir? - SƏBƏB

Fransa prezidenti Emmanuel Makron Fransanın enerji təhlükəsizliyini yaxşılaşdırmaq üçün Qazaxıstana gedəcək. 
Bu barədə "Bloomberg" agentliyi yazıb. 
"Emmanuel Makron bu həftə ölkənin nüvə reaktorlarını təmin edən uran tədarükçüləri olan Qazaxıstan və Özbəkistana səfər edəcək. Səfərin məqsədi Fransanın enerji təhlükəsizliyini yaxşılaşdırmaqdır", - məlumatda deyilir.
Fransanın enerji sisteminin çox hissəsi urandan yanacaq kimi istifadə edən atom elektrik stansiyalarından asılıdır. Fransa əvvəllər Qərbi Afrikadakı keçmiş müstəmləkələrindən uran alırdı, lakin  Mali və Nigerdə dövlət çevrilişindən sonra bu ölkələr Fransa ilə bütün sahələrdə əməkdaşlığı azaldıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031