qanunedalet.com.az
http://qanunedalet.com.az

“Avropa Rusiyadan neft almağı dayandırmalıdır” - Tramp

Dünən, 21:00

avropa-rusiyadan-neft-almagi-dayandirmalidir

ABŞ Prezidenti Donald Tramp Parisdə “Könüllülər koalisiyası”nın iclasının iştirakçıları ilə telefon danışığı zamanı bildirib ki, ölkələr Rusiyadan neft almağı dayandırmalıdır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” Ağ Evin sözçüsünə istinadən məlumat yayıb.

“Fransa Prezidenti Emmanuel Makron və Avropa liderləri görüş zamanı Prezident Trampa zəng ediblər. Tramp söhbət zamanı Avropanın Rusiya neftini almağı dayandırmalı olduğunu vurğulayıb” - məlumatda qeyd olunur. 

Rəsmi hesab edir ki, Rusiya Avropaya yanacaq satışından bir il ərzində 1,1 milyard avro qazanıb.

ABŞ Prezidenti həmçinin vurğulayıb ki, Avropa liderləri Rusiya ilə ticarət əlaqələrini saxlamaq üçün Çinə iqtisadi təzyiq göstərməlidirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930