qanunedalet.com.az
http://qanunedalet.com.az

ABŞ-dən İrana qarşı sanksiyalar

Dünən, 20:16

abs-den-irana-qarsi-sanksiyalar

ABŞ İranın mayeləşdirilmiş neft qazının nəqlinə görə Vaşinqtonun məsul hesab etdiyi iki fiziki şəxs və 12 quruma qarşı sanksiyalar tətbiq edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus açıqlamasında bildirib.

“Bu gün Birləşmiş Ştatlar İran vətəndaşı Seyid Əsədullah Emamjomeh və onun korporativ şəbəkəsinə yüz milyonlarla dollarlıq İran maye qazı və xam neftini xarici bazarlara ixrac etdiyinə görə sanksiya tətbiq edib”, - diplomat vurğulayıb.

Onun sözlərinə görə, bu gəlirlər İranın nüvə proqramı və ballistik raketlərin inkişafı da daxil olmaqla, terror qruplaşmalarına dəstək kimi zərərli fəaliyyətini maliyyələşdirir:

“İran şirkətləri sanksiyalardan yan keçmək və xarici müştərilərə mal satmaq üçün daim öz şəbəkələrini yenidən təşkil edir. ABŞ rejimin sabitliyi pozan davranışını maliyyələşdirən İran şirkətlərinə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930