qanunedalet.com.az
http://qanunedalet.com.az

Türkiyədə benzinin qiymətinin artacağı gözlənilir

24-03-2025, 20:06

turkiyede-benzinin-qiymetinin-artacagi-gozlenilir

Türkiyədə benzin qiymətlərinin artacağı proqnozlaşdırılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “CNBC-E” telekanalı yayıb. 

Bildirilib ki, bu gün gecə yarısından etibarən benzinin bir litrinin qiymətinin 1,51 lirə (təqribən 0,07 AZN) artacağı gözlənilir.

Dizelin qiymətində isə artım gözlənilmir. 

Qeyd olunub ki, hazırda İstanbulda benzin 45,08 - 45,23 lirə (təqribən 2,09 AZN), Ankarada 45,78 lirə (təqribən 2,12 AZN), İzmirdə isə 46,15 lirəyə (2,14 AZN) satılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031