qanunedalet.com.az
http://qanunedalet.com.az

İsrail Suriya donanmasını məhv edib?

10-12-2024, 19:52

israil-suriya-donanmasini-mehv-edib


“İsrail Suriya donanmasını məhv edib”.

“Qafqazinfo” “The Guardian”a istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.

Nazirin sözlərinə görə, Suriya hərbi gəmiləri bazar ertəsi məhv edilib. Bununla yanaşı Katz bildirib ki, Suriyanın cənubunda yeni bufer zona yaradılacaq. O əlavə edib ki, İsrail qüvvələri 1974-cü il atəşkəs razılaşmasına əsasən yaradılmış silahsızlaşdırılmış bufer zonasına nəzarəti ələ keçirdiyi üçün Suriyanın cənubunda hərbçilərə “steril müdafiə zonası” yaratmağı əmr edib.

Məsələ ilə bağlı Suriya tərəfi hələlik heç bir rəsmi açıqlama verməyib.

Qeyd edək ki, daha öncə “Reuters” öz mənbələrinə istinadən İsrailə qarşı hər hansı terror təhlükəsinin qarşısını almaq üçün bufer zona yaradılacağını bildirmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728