qanunedalet.com.az
http://qanunedalet.com.az

Tehranda havaya görə məktəb və müəssisələr bağlanıb

10-12-2024, 19:50

tehranda-havaya-gore-mekteb-ve-muessiseler-baglanib


İranın paytaxtı Tehranda yüksək hava çirkliliyi səbəbindən çərşənbə və cümə axşamı bütün təhsil səviyyələrindəki məktəblər, müəssisə və təşkilatlar bağlanıb.
Tehran Bələdiyyəsi paytaxtda davam edən və bütün qruplar üçün qeyri-sağlam həddə çatan hava çirkliliyi ilə bağlı açıqlama verib.

Havanın yüksək səviyyədə çirklənməsi səbəbindən Tehranın Firuzköh və Dəmavənd şəhərləri istisna olmaqla, bütün bölgələrində məktəbəqədər, ibtidai, orta və lisey məktəb və universitetləri, həmçinin özəl və dövlət müəssisə və təşkilatları iki gün müddətinə bağlanıb.

Tətil günlərində banklar, səhiyyə və xidmət mərkəzləri işləməyəcək.

Tehran Hava Keyfiyyətini Ölçmə Şirkətinin apardığı ölçmələrə görə, bu gün Tehranda havanın çirklənməsi hər kubmetr üçün 158 mikroqram olub. Bu göstərici o deməkdir ki, havanın keyfiyyəti bütün yaş qrupları üçün qeyri-sağlamdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728