qanunedalet.com.az
http://qanunedalet.com.az

Ərdoğan Trampla bu məsələləri müzakirə etmək istəyir

8-11-2024, 15:38

erdogan-trampla-bu-meseleleri-muzakire-etmek-isteyir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-də prezident seçkilərində qalib gələn Donald Trampla Amerika qoşunlarının Suriyadan çıxarılmasını müzakirə etmək niyyətindədir.
Ərdoğan bu barədə Budapeştdən geri qayıdarkən jurnalistlərə açıqlamasında danışıb.

Onun sözlərinə görə, yeni müddətdə Donald Trampla təmaslar davam etdiriləcək: “Bunu əvvəllər olduğu kimi telefon diplomatiyası vasitəsilə edəcəyik. Məsələn, ABŞ qoşunlarının Suriyadan çıxarılması, terrorçu Kürdüstan İşçi Partiyasına (PKK) dəstəyin dayandırılması məsələlərini dəyərləndirəcəyik”.

Türkiyə lideri, həmçinin qeyd edib ki, Trampın əvvəlki prezidentliyi dövründə onunla təmaslarda problem olmayıb: “Düşünmürəm ki, bu müddətdə də problem olsun”.

Xatırladaq ki, Ərdoğan noyabrın 7-si Budapeştdə Avroya Siyasi Birliyinin sammitində iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728