qanunedalet.com.az
http://qanunedalet.com.az

İsrail ordusu Beyruta zərbə endirdi

24-09-2024, 19:30


israil-ordusu-beyruta-zerbe-endirdi

İsrail ordusu Livanın paytaxtı Beyruta yenidən zərbə endirib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə ordusunun Mətbuat xidməti yayıb. 
Bildirilib ki, zərbə ilə bağlı detallar daha sonra açıqlanacaq.

“Ynet” portalı isə zərbənin “Hizbullah” hərəkatının yerləşdiyi Dahiya bölgəsinə endirildiyini yazıb.

Xatırladaq ki, sentyabrın 23-də İsrail ordusu Livanda “Hizbullah” hərəkatının obyektlərinə aviazərbələr endirib. Nəticədə 558 nəfər həlak olub, daha 1835 nəfər isə yaralanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031