qanunedalet.com.az
http://qanunedalet.com.az

ABŞ Ukraynaya yeni yardım ayırdı

6-09-2024, 19:32

abs-ukraynaya-yeni-yardim-ayirdi

Vaşinqton administrasiyası Ukraynaya silah-sursat da daxil olmaqla 250 milyon dollar məbləğində yeni hərbi yardım paketi ayırıb.
Bu barədə Pentaqonun bəyanatında deyilir.

“Bu gün ABŞ Müdafiə Nazirliyi Ukraynanın kritik təhlükəsizlik və müdafiə ehtiyaclarını ödəmək üçün əlavə hərbi yardım elan edib. Paket 250 milyon dollar dəyərində qiymətləndirilir. Buraya RIM-7 zenit-raket kompleksləri, HIMARS reaktiv yaylım atəş sistemləri üçün döyüş sursatı, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, “Stinger” hava hücumundan müdafiə sistemləri, AT-4, TOW və Javelin tank əleyhinə raket sistemləri daxildir”, - məlumatda qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30