qanunedalet.com.az
http://qanunedalet.com.az

Bu ölkədə prezident seçkilərində 39 namizəd yarışacaq

15-08-2024, 18:48

bu-olkede-prezident-seckilerinde-39-namized-yarisacaq


Şri-Lanka Seçki Komissiyası sentyabrın 21-də ölkədə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün 39 namizəd qeydiyyata alıb.  

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Seçki Komissiyasının sədri Rmal Ratnayake bildirib.

Onun sözlərinə görə, 40 namizəddən yalnız biri rəsmi qeydiyyatdan keçə bilməyib.
Prezidentliyə iddialı 39 nəfərdən 23-ü siyasi partiyalardan, 17-si isə müstəqil namizəddir.

Qeyd edək ki, hazırkı prezident Ranil Vikramasinqhenin səlahiyyət müddəti noyabrın 17-də başa çatır. O da namizədliyi irəli sürənlər arasındadır.

Şri-Lankada prezident 5 il müddətinə seçilir. Bir şəxs iki dəfədən çox prezident ola bilməz. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728