qanunedalet.com.az
http://qanunedalet.com.az

Mbappeyə lüks maşın hədiyyə edildi

28-07-2024, 19:33

mbappeye-luks-masin-hediyye-edildi



Real Madrid”in sponsoru olan BMW şirkəti klubun yeni transferi Kilian Mbappeyə “i7 M70 xDrive” elektrik avtomobili hədiyyə edib.
Bu barədə “Marca” nəşri məlumat yayıb.

Məlumata görə, avtomobilin qiyməti 170 min dollardır və “kral klubu”nun prezidenti Florentino Peres də bu model avtomobilin sahibidir.

Lakin 25 yaşlı futbolçunun sürücülük vəsiqəsi olmadığı üçün o, sərnişin oturacağında əyləşməli olacaq. 

Qeyd edək ki, iyulun 2-də Mbappenin “Real”a keçidi açıqlanıb. İyulun 16-da isə “Santyaqo Bernabeu” stadionunda forvard üçün təntənəli təqdimat mərasimi keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728