Qerşkoviç 16 il müddətinə azadlıqdan məhrum edildi

Yekaterinburq məhkəməsi “The Wall Street Journal”ın Moskva bürosunun jurnalisti Evan Qerşkoviçi casusluqda təqsirli bilib.
ABŞ vətəndaşı olan jurnalist 16 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, 32 yaşlı jurnalist 2023-cü ilin martında Yekaterinburqda saxlanılıb. O, ittiham olunduğu maddə üzrə özünü təqsirli bilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: