qanunedalet.com.az
http://qanunedalet.com.az

Rəsmi Tehran seçkilərlə bağlı müəmmaya belə cavab verdi

28-06-2024, 20:48



İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani ABŞ-ni ölkəsində keçirilən prezident seçkiləri ilə bağlı mövqeyinə görə tənqid edib.
 ABŞ-nin İran üzrə xüsusi nümayəndəsinin müavini Abram Paley seçkilərin nəticələrinin İran rejiminə təsir etməyəcəyini və seçki şəffaflığının sual altında olduğunu deyib.

Buna cavab olaraq, İran XİN-in sözçüsü Nasir Kənani ABŞ-nin ölkənin daxili işlərinə müdaxilə etdiyini deyib və bu təşəbbüsü pisləyib:

“Bu bəyanatlar mübaliğə və daxili işlərimizə açıq-aşkar müdaxilədir. Biz bunu pisləyirik”.

O əlavə edib ki, İran xalqı bu cür müdaxilə xarakterli bəyanatlara prezident seçkilərində yüksək fəallıq göstərməklə cavab verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728