qanunedalet.com.az
http://qanunedalet.com.az

İranlılar Rəisi ilə “əhd bağlaya” biləcək

7-06-2024, 20:21


Mayın 19-da helikopter qəzasında ölən İran Prezidenti İbrahim Rəisi ilə bağlı daha bir təbliğat kampaniyası başladılır.
Bu barədə Buşəhr əyalətinin İrşad İdarəsinin rəhbəri Əbdülrəhim Əfruq məlumat yayıb.

Onun sözlərinə görə, “İbrahimlə əhd” adlı kampaniya ilk olaraq bu əyalətdə başlayacaq.

“İbrahim Rəisinin əli yuxarıda olan fotosu dayanacaqlar və ictimai yerlərdə quraşdırılacaq. Vətəndaşlar fotoya toxunaraq, onunla əhd bağlayıb, yolunu davam edəcəklərinə söz verəcəklər”, - Əfruq deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930