qanunedalet.com.az
http://qanunedalet.com.az

Gürcüstanın hakim partiyası Tbilisidə 100 minlik "cavab mitinqi" keçirir

29-04-2024, 21:10

Gürcüstanın hakim partiyası Tbilisidə 100 minlik "cavab mitinqi" keçirir

Tbilisidə Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının təşkilatçılığı ilə genişmiqyaslı mitinq keçirilir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, parlament binasının qarşısında təşkil edilmiş mitinqdə hakim partiyanın 100 mindən çox tərəfdarının iştirak etdiyi təxmin edilir. Mitinqdə iştirak etməsi üçün on minlərlə Gürcüstan vətəndaşı avtobuslarla bölgələrdən paytaxta gətirilib. Mitinq səbəbilə Rustaveli prospektində, Azadlıq meydanında, eləcə də bir sıra ətraf küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Hakim partiya rəsmilərinin daha əvvəlki bəyanatlarında Tbilisidə 2 həftədən çoxdur davam edən "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi əleyhinə etiraz aksiyalarının xalqın mövqeyini əks etdirmədiyi bəyan edilib. Partiya qanun layihəsinə ictimai dəstəyin olduğunu göstərmək üçün özü parlament binasının qarşısında mitinq təşkil edib.

Ötən günlərlə müqayisədə mitinq iştirakçılarının böyük əksəriyyətini orta yaşlı və yaşlı insanların təşkil etdiyi müşahidə edilir. Mitinq iştirakçıları əraziyə yalnız Gürcüstan bayraqları ilə gəliblər. Mitinqə cavab olaraq Rustaveli prospektində yerləşən ofislərdən birinin eyvanına səsgücləndiricilər yerləşdirilib və Avropa İttifaqının himni səsləndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930