Blinken Rusiyaya dəstəklə bağlı Çinə xəbərdarlıq edib

“Əgər Çin Rusiyaya dəstəyin yaratdığı problemləri həll etməsə, bunu Vaşinqton öhdəsinə götürəcək”.
APA-nın “The Wall Street Journal”a istinadən xəbərinə görə, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken deyib.
O bildirib ki, rəsmi Moskvanın siyasətinin təşviqinə davam edərsə, Pekinin Avropa ilə münasibətləri əvvəlki səviyyədə olmayacaq.
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: